Fələstin üçün simfoniya
May ayının 30-dan iyun ayının 2-dək Drezden Simfonik Orkestri və …
Martın 30-u, saat 19:00-da Filarmoniyada Üzeyir Hacıbəyov adına Simfonik Orkestrin konserti keçiriləcək.
Bu konserti başqalarınan fərqləndirən cəhət konsertin konsepsiyasıdır. Belə ki, konsertdə Bakı Musiqi Akademiyası bəstəkarlıq kafedrasının müdiri, professor Arif Məlikovun "Metamorfozlar" simfonik poeması və müxtəlif zamanlarda onun sinfində təhsil almış gənc bəstəkarların Piano və Orkestr üçün konsertləri səslənəcək.
Ceyhun Allahverdiyev və Pikə Axundovanın konsertlərində solist partiyasını müəlliflər özləri, Ayaz Qəmbərlinin əsərində isə pianoçu Zakir Əsədov ifa edəcək.
Pult arxasında dirijor Rauf Abdullayevi görəcəyik.
Kultura.az